Sen 27, 2016 10:02 Asia/Baku
  • Bəhreyn xarici işlər nazirinin İrana qarşı puç iddiaları
    Bəhreyn xarici işlər nazirinin İrana qarşı puç iddiaları

Bəhreynin xarici işlər naziri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasındakı çıxışında İrana qarşı iddialarını təkrarlayıb.

Mehr xəbər agentliyinin məlumatına görə, Ali-Xəlifənin xarici işlər naziri Xalid bin Əhməd Ali-Xəlifə dünən iddia edibdir ki, Bəhreyn və ərəb ölkələri İranla əlaqə qurmaq üçün əllərindən gələni əsirgəməyiblər, amma bu sahədə bu ölkə tərəfindən heç bir cavab alınmayıbdır.

O. habelə iddia edib ki, İran yarımhərbçiləri dəstəkləyərək, Bəhreyndə və regionda əmin-amansızlıq və səbatsızlıq yaratmaqda davam edir.

Xalid bin Əhməd Ali-Xəlifə həmçinin Manamanın Yəmənə təcavüz üçün Ərəbistanın başçılığı altda olan koalisiyada iştiraka sadiq qaldığını vurğulayıb və bildirib ki, Ali-Xəlifə bu iştirakı davam etdirəcək.

Xalid bin Əhməd Ali-Xəlifə bu iddiaları Ali-Xəlifənin Bəhreynin xalqına və tanınmış ruhanilərinə qarşı repressiya hərəkətlərinə toxunmadan irəli sürüb.

Teqlər