Ən-Nüsrə Cəbhəsi: Amerikalılar bizi dəstəkləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i236981-Ən_nüsrə_cəbhəsi_amerikalılar_bizi_dəstəkləyir
Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının başçılarından birinin dediyinə görə, Amerika bu qruplaşmanı dəstəkləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2016 08:22 Asia/Baku
  • Ən-Nüsrə Cəbhəsi: Amerikalılar bizi dəstəkləyir
    Ən-Nüsrə Cəbhəsi: Amerikalılar bizi dəstəkləyir

Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının başçılarından birinin dediyinə görə, Amerika bu qruplaşmanı dəstəkləyir.

Russia Todayın məlumatına görə, bu terror qruplaşmasının Əbdüləz adlı başçısı Kolner Ştat İnstayger qəzeti ilə müsahibədə deyib: Amerikalılar bizim tərəfimizdədir. 

Bu terrorçu həmçinin deyib: Hazırda Fəthüş-Şam Cəbhəsi adlanan Ən-Nüsrə Cəbhəsi öz maliyyə mənbələrini Səudiyyə Ərəbistanı, Qətər və Küveytdən alır və tanklar və artilleriya təchizatı Liviya və Türkiyə istiqamətindən təmin olunur. 

Əbüləz həmçinin Amerika tərəfindən tank əleyhinə Tav raketlərinin göndərilməsini alqışlayaraq əlavə edib: Bu raketlər birbaşa Fəthüş-Şam Cəbhəsinin ixtiyarına verilib. Bu raketlə xüsusi qrupa təhvil verilib. 

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tuner Vaşinqtonun Fəthüş-Şam Cəbhəsi terrorçularına kömək etməsinə dair Əbüləzin sözlərini rədd edərək etiraf edib ki, ehtimal üzrə Yaxın Şərqdə Amerikanın müttəfiqləri təkfirçiləri silahla dəstəkləyirlər. 

Suriya Nümayəndələr Məclisinin sədri Hədiyyə Xələf Abbas bazar ertəsi günü Tehranda deyib: Vaşinqton Suriyada İŞİD və digər terror qruplaşmalarını dəstəkləyir.