Sen 28, 2016 17:30 Asia/Baku
  • Bəhreynlilərin əl-Durazda yürüşlərinin 100-cu günü
    Bəhreynlilərin əl-Durazda yürüşlərinin 100-cu günü

Bəhreyn vətəndaşlarının bu ölkə şiələrinin liderinin əl-Duraz məntəqəsində mənzili qarşısında yürüşlərinin yüzüncü günü keçirilib.

Əl-Loulou televiziyasının məlumatına görə, Bəhreyndə hava temperaturunun yüksək olmasına və təhlükəsizlik mühasirəsi və bəhreynli məmurların hücumlarına baxmayaraq, bu ölkə şiələri əl-Duraz məntəqəsində ruhani alim Şeyx İsa Qasimlə həmrəylik istiqamətində bu ruhaninin mənzili qarşısında aksiyanı davam etdirib və keçirilən bu aksiyalar 100-cu günə daxil olub.

Etirazçılar Bəhreyn şiələrinin liderinin mənzili qarşısında camaat namaz qılaraq dini alimlərin mühakiməsinin dayandırılması, həmçinin bu ölkə şiələrinə qarşı repressiv hərəkətlərə son qoyulmasını tələb ediblər.

Digər tərəfdən Bəhreyn rejiminin xaricdəki müxalifləri Din və Vətənin müdafiəsində 100 gün adlı bəyanat verib və Şeyx İsa Qasimin mühakimə olunmasını mənfur addım və islama təcavüz adlandırıblar.

Bəhreyn rejiminin müxalifləri bu bəyanatda Bəhreynin 14 fevral xalq inqilabının dinc olduğunu və şiələrin dəyərlərə, qanuna və milli birliyə sadiq qaldığını vurğulayaraq bildiriblər: Bəhreyn xalqının səbri və bəsirəti və Şeyx İsaq Qasimin rəhbərliyi ilə Ali-Xəlifə rejiminin bütün məqsədləri uğursuz olmuşdur.

Bəhreyn rejimi 2016-cı il iyun ayında bu ölkədə şiə ruhani Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib. Bu hərəkət Bəhreyn və dünya şiələri arasında sərt reaksiyalara səbəb olub.

Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejiminə qarşı dinc etirazların şahididir.

Teqlər