Səudiyyə qırıcıları Yəmənin şimalını hədəfə alıblar
-
Səudiyyə qırıcıları Yəmənin şimalını hədəfə alıblar
Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin Yəmənin cənub bölgələrinə hücumu nəticəsində bir neçə nəfər həlak olub və yaralanıb.
Əl-Məsirə telekanalının verdiyi məlumata görə, təcavüzkar səudiyyə qırıcılarının Sədə vilayətində bir bazara hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər də yaralanıb.
Səudiyyə qırıcı təyyarələri Səna vilayətinin doqquzuncu rayonunda yaşayış məntəqələrini də hədəfə alıblar. Nəticədə sakinlərin mənzillərinə xəsarət dəyib.
Ali-Səud rejiminin Yəməndə müxtəlif bölgələrə qarşı hava hücumlarının artmasına görə Yəmən xalqı Əl-Hədidə vilayəti və digər bir neçə şəhərdə geniş etiraz aksiyaları keçirərək Səudiyyə koalissiyasının Yəmənə qarşı hücumlarını pisləyib və beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyətdən Yəmənə qarşı müharibəyə son qoyulması sahəsindəki öz qanuni və əxlaqi öhdəliklərini yerinə yetirmələrini istəyib.
Yəmənli aksiyaçılar bildiriblər ki, beynəlxalq ictimaiyyətin, BMT-nin, Təhlükəsizli Şurasının və hüquq müdafiə təşkilatlarının Yəmənə qarşı cinayətlər barədə utanc gətirən susqunluğu qınanılır.