Türkiyədə FETÖ-çuların işinə baxılması üçün əlavə məhkəmələrə ehtiyac duyula bilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i237116-türkiyədə_fetÖ_çuların_işinə_baxılması_üçün_əlavə_məhkəmələrə_ehtiyac_duyula_bilər
Türkiyə ədliyyə naziri deyib: Son uğursuz dövlət çevrilişi ilə əlaqədar müttəhimlərin mühakiməsi üçün yeni məhkəmə binalarının inşa edilməsinə ehtiyac duyula bilər. Bu barədə İSNA məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2016 16:21 Asia/Baku
  • Türkiyə ədliyyə naziri
    Türkiyə ədliyyə naziri

Türkiyə ədliyyə naziri deyib: Son uğursuz dövlət çevrilişi ilə əlaqədar müttəhimlərin mühakiməsi üçün yeni məhkəmə binalarının inşa edilməsinə ehtiyac duyula bilər. Bu barədə İSNA məlumat verib.

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra ordu, dövlət orqanları, media və ədliyyə qurumlarından minlərlə işçi həbs edildi yaxud işdən qovuldu.

Türkiyə rəhbərliyi Fətullah Gülənin dövlət çevrilişinə cəhd əməliyyatının arxasında olduğunu bildirərək ABŞ-dan onu türkiyəyə təhvil verməsini istədi. 

İndiyədək 15 iyul dövlət çevrilişinə cəhd əməliyyatı ilə əlaqədar Türkiyədə 32 min nəfər həbs edilib və Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, müttəhimlərin mühakiməsi üçün lazım olan sayda məhkəmə binası inşa edilə bilər. 

Bozdağ həmçinin deyib ki, ABŞ rəsmiləri Türkiyənin Gülənin təhvil verilməsi tələbinə yaxın günlərdə cavab verəcəklərini bildiriblər.