Sen 29, 2016 11:09 Asia/Baku
  • Fələstin İslami Cihad Təşkilatı: Peresin fəaliyyət keçmişi Fəlsətin xalqına qarşı cinayətlərlə doludur
    Fələstin İslami Cihad Təşkilatı: Peresin fəaliyyət keçmişi Fəlsətin xalqına qarşı cinayətlərlə doludur

Fələstin İslami Cihad Təşkilatı bildirib ki, Şimon Peresin fəaiyyət keçmişi Fəlsətin xalqına qarşı cinayətlərlə doludur.

Mehr xəbər agentliyinin "Fələstin Əlyəum"a istinadlı məlumatına görə, Fələstin İslami Cihad Təşkilatının sədri Davud Şəhab dünən vurğulayıb ki, sionist rejimin sabiq başçısı Şimon Peres, Fələstin xalqını didərgin etməkdə əli olan sionistlərin terrorizminin simvoludur.

O. əlavə edib: Qərb medialarının Şimon Peresi sülh adamı kimi göstərmək cəhdləri uğur qazanmayacaq.

Şəhab habelə vurğulayıb: Fələstin xalqına qarşı cinayətlərlə dolu fəaliyyət keçmişinə malik olan Peresin ölümü bu xalqa qarşı cinayətlər barədə sionist rejimin təqibi və cəzalandırılmasının bitməsi demək deyil. 

Sionist rejimin sabiq başçısı Şimon Peres çərşənbə günü səhər tezdən öldü.

 

Teqlər