İctimai şəbəkələrin istifadəçiləri Bəhreyn xarici işlər nazirinin hərəkətindən qəzəbləndilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i237311-İctimai_şəbəkələrin_istifadəçiləri_bəhreyn_xarici_işlər_nazirinin_hərəkətindən_qəzəbləndilər
Bəhreyn xarici işlər nazirinin Twitter səhifəsində sionist rejimin sabiq başçısı Şimon Peresi tərifləməsi ictimai şəbəkələrin istifadəçilərini hiddətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2016 06:23 Asia/Baku
  • Bəhreyn xarici işlər naziri
    Bəhreyn xarici işlər naziri

Bəhreyn xarici işlər nazirinin Twitter səhifəsində sionist rejimin sabiq başçısı Şimon Peresi tərifləməsi ictimai şəbəkələrin istifadəçilərini hiddətləndirib.

İRNA-nın məlumatına görə, Bəhreyn xarici işlər naziri Xalid Bin Əhməd əl-Xəlifə Şimon Peresin ölümündən sonra cümə axşamı günü Twitter səhifəsində yazıb: "Cənab Şimon Peres sakitlikdə yat. Yaxın Şərqdə həmişə əlçatmaz olan müharibə və sülh adamı".

Basim Fazil adlı istifadəçi Bəhreyn xarici işlər nazirinin Şimon Peresi tərifləməsinə reaksiyada yazıb: Peres necə sakit yata bilər? Halbuki övladlarını itirmiş analar onun ardıncadır. Necə sülhdə yata bilər? Halbuki Fələstin və Livanda şəhidlərin qanı hələ də intiqam fəryadı edirlər. 

Sionist rejimin sabiq başçısı Şimon Peres ötən çərşənbə ölüb.