Barzani İraq prezidenti ilə görüşüb
-
Barzani İraq prezidenti ilə görüşüb
İraq prezidenti və bu ölkənin Kürdüstan bölgəsinin rəhbəri İraqın şimalında Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsi əməliyyatını araşdırıblar.
İRNA-nın məlumatına görə, İraq prezidenti Fuad Məsum ötən gecə Kürdüstan bölgəsinin başçısı Məsud Barzani və onu müşayiət edən heyəti Bağdadda qəbul edib. Görüşdə son siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, Mosul şəhərinin İŞİD-dən azad olunmasına hazırlıq, didərginlər, seçki qanunları və neft-qaz məsələləri barədə danışıqlar aparılıb.
Fuad Məsum və Məsud Barzani İraqda stabilliyin bərpa olunması və demokratiya quruluşunun gücləndirilməsi üzrə maneələrin aradan qaldırılması yollarının araşdırılması, danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Məsud Barzani ötən gün İraq baş naziri Heydər əl-İbadi ilə görüşdə müxtəlif məsələlər, o cümlədən neft haqda və terrorizmlə mübarizə məsələlərində İraqın mərkəzi hökuməti ilə razılığın olunduğunu bildirmişdi.