Heydər əl-İbadi Məsud Barzani ilə görüşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i237347-heydər_əl_İbadi_məsud_barzani_ilə_görüşüb
İraq baş naziri və Kürdüstan bölgəsinin başçısı İraqda terrorçuların məhvi üçün hərbi əməliyyatların davam etməsinin vacibliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2016 10:46 Asia/Baku
  • Heydər əl-İbadi Məsud Barzani ilə görüşüb
    Heydər əl-İbadi Məsud Barzani ilə görüşüb

İraq baş naziri və Kürdüstan bölgəsinin başçısı İraqda terrorçuların məhvi üçün hərbi əməliyyatların davam etməsinin vacibliyini vurğulayıblar.

İRİB-in məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi ötəngün İraq Kürdüstan bölgəsinin rəhbəri Məsud Barzani ilə keçirdiyi müştərək mətbuat konfransında terrorçularla mübarizə üçün İraq silahlı qüvvələri ilə kürd peşmərgə qüvvələri arasında tam koordinasiyanın mövcud olduğunu bildirərək deyib: Tezliklə Mosul İŞİD-in işğalından azad ediləcək.

Heydər əl-İbadi həmçinin Bağdad-Ərbil arasında müxtəlif məsələlərdə ixtilafların həlli üzrə razılığın əldə olunduğunu bildirərək deyib: Neft və qaz bütün iraqlılara aiddir.

Bu arada İraq Kürdüstanı bölgəsinin rəhbəri Məsud Barzani deyib: İraqın Kürdüstan yerli idarəçiliyi mərkəzi hökuməti tam şəkildə dəstəkləyir.