Səudiyyə Ərəbistanının vəliəhdi Ankaraya səfər edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i237413-səudiyyə_Ərəbistanının_vəliəhdi_ankaraya_səfər_edib
Səudiyyə Ərəbistanının vəliəhdi və daxili işlər naziri Türkiyə rəsmiləri ilə görüş məqsədi ilə Ankaraya səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2016 13:50 Asia/Baku
  • Səudiyyə Ərəbistanının vəliəhdi Ankaraya səfər edib
    Səudiyyə Ərəbistanının vəliəhdi Ankaraya səfər edib

Səudiyyə Ərəbistanının vəliəhdi və daxili işlər naziri Türkiyə rəsmiləri ilə görüş məqsədi ilə Ankaraya səfər edib.

İRİB-nin verdiyi məlumata görə, Məhəmməd Bin Naif dünən Ankaraya daxil olduqdan sonra Çanakala sarayında Türkiyənin baş naziri Binəli Yıldırım ilə bağlı qapılar arxasında görüşüb. 

Hələlik tərəflər arasında baş tutan bu görüşdə müzakirə olunan mövzular barədə açıqlama verilməyib. 

Məhəmməd Bin Naif bu gün Türkiyə prezidenti Rəcəb Təyib Ərdoğanla da görüşəcək. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhdi və Türkiyə prezidenti son günlər Nyu-Yorkda keçirilən BMT-nin baş Assambleyasının illik sessiyasının kənarında da görüşərək regional və beynəlxalq, eləcə də Suriyadakı durumu müzakirə etmişdilər və ili ölkənin təhlükəsizlik əməkdaşlıqlarını vurğulamışdılar.