Yəmən ordusu "Səmud" ballistik raketinin təqdimatını keçirib
-
\"Səmud\" ballestik raketi
Yəmən ordusu bir bəyanat yayaraq bildirib ki, yüksək dağıdıcılıq qabiliyyətə malik olan "Səmud" ballistik raketini istifadəyə verib.
Bu yeni ballistik raket daxili istehsal olaraq 4 metr uzunluğa malikdir.
Verilən məlumata görə, raketin başlığının çəkisi 300 kq ümumi çəkisi isə 1 tondan ibarətdir. Raket 38 km məsafəni qət edir.
Yəmən ordusu Səna vilayətində Səudiyyə Ərəbistanı muzdlularının mövqelərini hədəfə aldıqdan sonra yüksək diqqətə malik olan bu raketin təqdimat mərasimini keçirib.
Başqa məlumata görə, Yəmən ordusu və xalq komitələri müxtəlif bölgələrdə öz əməliyyatlarını davam etdirirlər.
Son məlumatlara görə, Yəmən ordusunun snayperləri Cizanda iki səudiyyə hərbçisini hədəfə alıblar. Həmçinin Yəmən ordusu Əccərbə hərbi bazasını raketlə hədəfə alıb.
Yəmən ordusunun artilleriya bölməsi isə Əsirdə yerləşən Eynussurəyn hərbi bazasını, Məltə və Əşşəbəkə hərbi bazalarında Bəni Səud batanlyonlarının toplaşdığı məkanları hədəfə alıb. Zəhranda yerləşən Əccərbə hərbi bazası da Yəmən ordusunun katyuşa raketlərinin hədəfinə çevrilib.