Ərəbistan regionda amerikanların planlarının icraçısıdırlar
-
Məhəmməd Salih Ənnəimi
Yəmənin ali siyasi şurasının üzvü deyib: Səudiyyəlilər regionda ABŞ-ın planlarının icraçısıdırlar və Səudiyyə Ərəbistanının rolu sadəcə Vaşinqtonun region üçün nəzərdə tutduğu planları yerinə yetirməkdən ibarətdir.
Məhəmməd Salih Ənnəimi Əl-Məyadin telekanalına verdiyi müsahibədə Yəmənin ali siyasi şurasının milli qurtuluş hökumətinin təşkili üçün baş nazir təqdim etməsi barədə deyib: Yəməndə hökumətin təşkil edilməsi milli hakimiyyəti müdafiə, Yəmən xalqının kəramətini və müstəqilliyini mühafizə naminə edilir. Bir tərəfdən Yəmən xalqının mənafeindən dəm vuran digər tərəfdən isə müxtəlif silahlarla yəmənlilərin qətlində iştirak edən və Yəmənin suverinliyini pozan təcavüzkarlarla əlbir olanlarla danışıq aparmaq olmaz. Onlar Yəmənə xarici təcavüzə zəmin yaradıblar və ölkənin infrasturukturlarını, hətta tarixi abidələrinin dağıdılmasına səbəb olublar. Yəməndə hökumətin təşkil edilməsi mövcud şəraitdə tam təbii haldır.
Ənnəimi ABŞ və Səudiyyə Ərəbistanının Yəmən böhranının həlli üçün olan təklifləri barədə deyib: Səudiyyəlilərin regionda həyata keçirdikləri planlar və layihələr Amerikanın planlarının bir hissəsidir, bunları Vaşinqton müəyyənləşdirib. Məncə ABŞ və Səudiyyə Ərəbistanının mövqeləri arasında heç bir təzad yoxdur. Təcrübə göstərir ki, səudiyyəlilər heçvaxt Amerikanın çərçivəsindən çıxmırlar ona görə ki, onlar həmin məqsədlərin reallaşması üçün əlaltıdan başqa bir şey deyillər.