Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i237920-səudiyyə_Ərəbistanının_yəmənə_qarşı_hücumları_davam_edir
Yəmənin müxtəlif bölgələri Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin hədəfindədir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2016 17:34 Asia/Baku
  • Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları davam edir
    Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları davam edir

Yəmənin müxtəlif bölgələri Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin hədəfindədir

Yəmənin Əl-Məsirə telekanalının məlumatına görə, Səudiyyənin təcavüzkar hərbi təyyarələri bu gün Səna, Sədə və Məarib vilayətlərini bombalayıb, onlarla ev dağıdılıb. 

Səudiyyə təhharələri həmçinin Sənanın mühəndislik fakültəsini hədəfə alıblar. 

Yəmənin Məarib vilayətinin Sərvah şəhəri də təcavüzkar səudilərin qırıcıları tərəfindən bombalanıb. 

Hələlik həlak olanlar barədə məlumat yoxdur. 

Bu hücumlara cavab olaraq Yəmənin xalq qüvvələri Səudiyyə muzdlularının Ərəbistanın cənubunda Cizan bölgəsindəki mövqelərini hədəfə alıblar. 

Ərəbistan qüvvələrinin Təəz vilayətində Vazeiyyə şəhərindəki mövqeləri də Yəmən ordusunun raketləri tərəfindən hədəfə alınıb. 

Bu hücumlarda bir neçə səudiyyə muzdlusu öldürülüb. 

Yəmən mediaları həmçinin Səudiyyə ordusunun Zəhran bölgəsindəki hərbi qərargahına bir neçə raket vurduqlarını bildiriblər. 

Ali-Səud rejimi 2015-ci ildən Yəmənə qarşı hücumlara başlayıb.

Ali Səud reimi Yəmənin istefa vermiş prezidenti Əbdu Rəbbə Mənsur Hadini hakimiyyətə gətirmək istəyir.