Okt 05, 2016 12:29 Asia/Baku
  • İstanbul; 23 radio və televiziyanın bağlanmasına etiraz
    İstanbul; 23 radio və televiziyanın bağlanmasına etiraz

Türkiyədə 23 radio və televiziyanın bağlanması ardınca çərşənbə axşamı gecə yüzlərlə nəfər İstanbul şəhərinin Taksim meydanına toplaşaraq hökumətin bu hərəkətinə etiraz edib.

Əksəriyyətinin bağlanan mediaların jurnalistləri təşkil edən etirazçılar hökumətin bu hərəkətini demokratiyaya zidd hesab edirlər. Bu radio və televiziyaların fəaliyyəti məhkəmənin qərarı ilə qadağan edilib və çərşənbə axşamı səhərdən dayandırılıb. 

Etirazçılar arasında olan Türkiyə Jurnalistlər Birliyinin sədri bu ölkədə birtərəfli monoloqu təhlükəli hesab edir. 

Bu mediaların əksəriyyəti Gülən Hərəkatı və ya PKK ilə əlaqədə olmaqda ittiham olunub. Onlardan kürd dilli İMCTV-yə işarə etmək olar. Çərşənbə axşamı günü polis bu televiziyanın ofisinə daxil olduqdan və kompüterləri zəbt etdikdən sonra jurnalistlər və işçilərini iş yerini tərk etməyə məcbur edib. 

Bu mediaların fəaliyyətlərini dayandırması Türkiyə hökumətinin müxaliflərə, xüsusilə də kürdlərə və uğursuz çevriliş ardınca Gülən Hərəkatı tərəfdarlarına qarşı təzyiqlərinin davamı istiqamətində qiymətləndirilir. Bununla əlaqədar Türkiyə polisi çərşənbə axşamı günü bir bildirişdə bildirib: Uğursuz çevrilişdən sonra tətbiq olunan fövqəladə vəziyyət dövründə indiyə qədər 12 mindən çox polis məmuru ya saxlanılıb və ya fəaliyyəti dayandırılıb. 

Teqlər