Suriya ordusu terrorçuların mövqelərini atəşə tutdu
-
Suriya ordusu terrorçuların mövqelərini atəşə tutdu
Suriya ordusu və müttəfiq qüvvələr Həmanın şimal ətrafında keçirdiyi əməliyyatın davamında terrorçuların mövqelərini atəşə tutublar.
Əl-Aləm televiziyasının məlumatına görə, terrorçuların nəzarət etdiyi bölgələrə irimiqyaslı quru hücumların başlanmasına hazırlıq məqsədilə Suriya ordusunun Həmanın şimal ətrafında 20 kilometrdən çox ərazidə terrorçuların mövqelərinə ağır artilleriya və hərbi hava hücumları həyata keçirilib. Bu hücumlar silahlı ünsürlərə aid bir neçə hərbi avtomobilin məhv edilməsi və onların bütün sərnişinlərinin öldürülməsi ilə nəticələnib.
Suriyalı döyüşçülərdən biri deyib: Biz əl-Qəmhani şəhərinin sakinləri ordu və silahlı qüvvələrin kənarında ön cəbhədə döyüşürük. Bizim hazırda Təyyibə əl-İmamla təxminən iki kilometr məsafəmiz vardır və və Məabis şəhərciyi ilə də iki kilometr məsafəmiz vardır. Biz Cündül-Əqsa, Ceyşül-Əzz və digər qruplaşmaların silahlı ünsürləri ilə mübarizə aparırıq. Biz həmişə pusquda onları gözləyirik.
Həmanın şərq ətrafında döyüşlər də səngiməyib. Suriya ordusu və müttəfiq qüvvələr əl-Cəbhə əl-İslamiyyə adlı qrupun genişmiqyaslı hücumunu zərərsizləşdiriblər və bu terror qruplaşmasına ağır zərbələr endiriblər.
Suriyalı döyüşçülərdən biri deyib: Ən-Nüsrə Cəhbəsi ünsürləri ötən gecə əl-Səlmiyyə ətrafında əl-Səthiyyat cəbhəsində ordu və milli müdafiə qüvvələrinin mərkəzinə ağır hücumlar ediblər. Biz də qarşılıqlı olaraq onlara əks-hücum etdik. Əsas mərkəzləri onların nəzarətindən çıxardıq və Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasına ağır zərbələr endirdik.
Suriya ordusunda ön cəbhədəki hərbçilərinin bildirdiyi kimi, silahlı ünsürlətin nəzarətində olan bölgələrə doğru quru əməliyyata hazırlıq məqsədilə Həmanın şimal cəbhəsində Suriya ordusu qüvvələri bir müddət əməliyyatı davam etdirəcək.