ABŞ qırıcıları Hələbi bombaladılar, 60 sivil həyatını itirdi
-
ABŞ qırıcıları Hələbi bombaladılar, 60 sivil həyatını itirdi
Suriyada İŞİD terrorçuları ilə mübarizə bəhanəsi ilə ABŞ tərəfinrən təşkil edilən beynəlxalq koalisiya qüvvələrinə məxsus qırıcı-bombardmançı təyyarələr Hələbdə sivil əhalini qırğın ediblər.
Rusiyanın Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, bu hücum zamanı aralarında çoxlu sayda uşaq olan 60 sivil həyatını itirib.
Bundan başqa, çoxlu sayda mülki də yaralanıb. Yaralılardan bir çoxunun vəziyyəti ağır elan edilib. Bu da hücumun insan tələfatının artmasına səbəb ola bilər.
Yerli mənbələrin verdikləri məlumatlara görə, yaşayış məntəqəsinin bombardman edilməsi çoxlu sayda insan tələfatına və dağıntılara səbəb olub. Hələbin ətrafında gedən döyüşlərdən xilas olmaq üçün çoxlu sayda sivil bu kəndə sığınıb.
Suriya İnsan Haqlarına Nəzarət qrupu bir müddət öncə ABŞ-ın başçılıq etdiyi koalisiyanın 2014-cü ilin sentyabrından bəri həyata keçirdiyi hücumlarda ən azı 600 mülkinin öldüyü barədə hesabat yaymışdı.