Səudiyyə Ərəbistanının Yəmənə qarşı növbəti hava hücumları
-
Səudiyyə Ərəbistanının Yəmənə qarşı növbəti hava hücumları
Beynəlxalq ictimaiyyətin susqunluğu içində Səudiyyə Ərəbistanının hərbi təyyarələri Yəmənin müxtəlif bölgələrini bombalamaqda davam edirlər.
Yəmənin Əl-Məsirə televiziyasının verdiyi məlumata görə, Səudiyyə qırıcıları bu gün də Sədə vilayətinin Əzzahir şəhərini iki dəfə hədəfə alıblar.
Səudiyyə qırıcıları Yəmənin paytaxtı Sənanın təhlükəsizlik idarəsini də bombalayıblar.
Eyni zamanda Səudiyyə Ərəbistanının təcavüzkar hərbi təyyarələri Təiz, Əl-Hədidə, Məarib vilayətlərinin də müxtəlif bölgələrini hədəfə alıblar.
Yəmənli snayperlər isə Səudilərin təcavüzkar hücumlarına cavab olaraq, Səudiyyə Ərəbistanının cənubunda Cizanın Əddəxan hərbi zonasında bir səudiyyəli hərbçini öldürüblər.
Yəmən ordusu və xalq komitələri də Cizanda Əsudə hərbi bazasında təcavüzkar səudiyyəlilərin 4 hərbi maşınını məhv ediblər.