Okt 06, 2016 19:40 Asia/Baku
  • İstanbulda partlayış
    İstanbulda partlayış

Bu gün İstanbulda Atatürk hava limanına yaxın bir ərazidə, polis durağında bomba quraşdırılmış bir avtomobil partladılıb. Doğan informasiya agentliyi hadisə nəticəsində bir nəfərin yaralandığını bildirib.

NTV telekanalı partlayış yerinə göndərilən təcili tibbi yarıdım maşınlarını göstərir. Bu telekanal bildirib ki, hadisə yerində təhlükəsizlik qüvvələri yerləşiblər. Son aylar ərzində Türkiyədə bir neçə partlayış və terrorçu hücum həyata keçib. Bunların bəziləri PKK qrupuna bəziləri isə terrorçu İŞİD qrupuna aid edilir. 

Teqlər