Yəmən xalqı Ali-Səudun cinayətlərinə etiraz etdi
-
Yəmən xalqı Ali-Səudun cinayətlərinə etiraz etdi
Minlərlə yəmənli paytaxt Sənada Ali-Səudun cinayətlərinə etiraz olaraq aksiya keçirib.
Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, minlərlə yəmənli bu gün səhər BMT-nin Sənadakı ofisi qarşısında bir araya gələrək, Ərəbistanın son cinayətləri və bu ölkənin təcavüzkarlıqlarının davam etməsi əleyhinə şüarlar səsləndirib.
Aksiya iştirakçıları "Qəzəb Vulkanı" adlandırılan bu aksiyada Yəmən xalqına yönəlik cinayətləri və təcavüzləri qınayıb, beynəlxalq dairələrin bu cinayətlərin davam etməsinə görə cavabdeh olmalarını istəyiblər.
Yəmənin Ali Siyasi Şurası şənbə günü bir bəyanat yayaraq, BMT-nin Sənadakı ofisi önündə aksiyanın keçirilməsini istəmişdi.
Yəmənin Ali Sİyasi Şurasının bəyanatında deyilir: Bu aksiyanın keçirilməsində məqsəd, beynəlxalq dairələrin Yəmən olayları qarşısında sükutunu qınamaq və yəmən xalqı ilə siyasi rəhbərlik arasındakı birlik və həmrəylyə təkid etməkdir.
Ərəbistan qırıcıları dünən günortadan sonra Sənanın cənubunda bir yas mərasiminə hücum ediblər. Bu cinayət nəticəsində 700-dən çox insan ölüb və yaralanıb.