Yəmənlilər Bərkan raketlə Səudiyyə Ərəbistanı ərazilərini hədəfə alıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239123-yəmənlilər_bərkan_raketlə_səudiyyə_Ərəbistanı_ərazilərini_hədəfə_alıblar
Yəmənin raket bölməsi bildirib ki, Səudiyyə Ərəbistanının Taif şəhərində yerləşən Məlik Fəhəd hava bazası bir ədəd ballistik raketlə hədəfə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2016 14:10 Asia/Baku
  • Yəmənlilər Bərkan raketlə Səudiyyə Ərəbistanı ərazilərini hədəfə alıblar
    Yəmənlilər Bərkan raketlə Səudiyyə Ərəbistanı ərazilərini hədəfə alıblar

Yəmənin raket bölməsi bildirib ki, Səudiyyə Ərəbistanının Taif şəhərində yerləşən Məlik Fəhəd hava bazası bir ədəd ballistik raketlə hədəfə alınıb.

Bir hərbi rəsmi Əl-Məsirə telekanalına bildirib ki, ordunun raket bölməsi və xalq komitələri raketin yüksək dəqiqliklə hədəfə dəydiyini və böyük xəsarət vurduğunu deyiblər. 

Həmin rəsmi bildirib ki, Səudiyyə Ərəbistanının ballistik raketlə hədəfə alınması bu ölkənin iki gün öncə Sənaya qarşı yüzlərlə mülkinin ölümü ilə nəticələnmiş cinayətinə cavab olaraq həyata keçib. 

Bərəkan-1 ballistik raketi Yəmən ordusunun araşdırma və inkişaf mərkəzində inkişaf etdirilib. Bu raket 800 km məsafəni qət edə bilir.