Okt 12, 2016 11:28 Asia/Baku
  • Səudiyyəlilər Səna qırğının məsuliyyətini etiraf etdilər
    Səudiyyəlilər Səna qırğının məsuliyyətini etiraf etdilər

Xəbər dairələri bildiriblər ki, Səudiyyə Ərəbistanı yüzlərlə yəmənlinin həlak olması və yaralanması ilə nəticələnən Yəmən paytaxtı Sənada yas mərasiminin bombalanmasının məsuliyyətini qəbul edib.

İRİB-in məlumatına görə, BBC-nin ərəbcə xidməti bildirib: Bu telekanal məlumat əldə edib ki, Ərəbistan gizli şəkildə səudiyyəlilərin Yəməndə bombardmana nəzarət etdiyi koalisiya təyyarələrindən birinin Sənada yas mərasimini bombaladığını etiraf edib. 

Yəmən dairələrinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın bu yas mərasiminə qəsdən hava hücumunda 900 nəfər həlak olub və yaralanıb. 

BMT-nin İnsan Haqları Şurasının ali komissarı Zeyd Rəd əl-Hüseyn bu şuradan Yəməndə insan haqlarının pozulması haqda müstəqil araşdırmaya başlamasını istəyib. 

BMT İnsan Haqları Şurasının Ali Komissarlığının sözçüsü Davina Şəmdistani BBC-nin ərəbcə xidmətinə verdiyi müsahibədə İnsan Haqları Şurasının ötən iki ildə bu komissarlığın müraciətinə cavab vermək üzrə uğursuzluğundan təəssüflənib. 

Şəmdistani deyib: İnsan Haqları Şurasının ali komissarı Sənada yas mərasiminə hücumu şok hadisə hesab edir və beynəlxalq ictimaiyyətdən məsələyə müdaxilə etməsini istəyir. 

Teqlər