Yəmən xalqının cinayətkarlar qarşısındakı Aşurasayağı mövqeyinə təkid
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239603-yəmən_xalqının_cinayətkarlar_qarşısındakı_aşurasayağı_mövqeyinə_təkid
Yəmənin Ənsarullah hərəkatının baş katibi bu ölkə xalqının cinayətkarlar və Ərəbistan muzdluları qarşısındakı müqavimətini Aşura hadisəsindən ilham alınmış bir müqavimət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2016 10:10 Asia/Baku
  • Yəmən xalqının cinayətkarlar qarşısındakı Aşurasayağı mövqeyinə təkid
    Yəmən xalqının cinayətkarlar qarşısındakı Aşurasayağı mövqeyinə təkid

Yəmənin Ənsarullah hərəkatının baş katibi bu ölkə xalqının cinayətkarlar və Ərəbistan muzdluları qarşısındakı müqavimətini Aşura hadisəsindən ilham alınmış bir müqavimət adlandırıb.

Yəmənin Əlməsirə informasiya kanalının verdiyi məlumata görə, Əbdülmalik Bədrəddin Husi paytaxt Sənada keçirilən Aşura mərasimində iştirak edərək, Yəmən xalqının Aşura hadisəsindən ilham alaraq, Ərəbistan cinayətkarları qarşısında möhkəm bir mövqe tutduğunu deyib.

Əbdülmalik Husi əlavə edib: Yəmən xalqı azadlıq və müstəqillik kimi prinsiplərə bağlı olmasına görə, müxtəlif formalarda hücumlara məruz qalır. 

Ənsarullah hərəkatının baş katibi Yəmən hadisələrini Kərbəla hadisəsinə bənzədib və deyib: Ərəbistanın Yəmənə nəzarəti öz əlinə keçirmək üzrə səyləri qəbul ediləsi deyil. 

Hüseyn(ə) Aşurası mərasimi çərşənbə günü Yəmən xalqının geniş iştirakı ilə paytaxt Sənada keçirilib, Ləbbeyk Ya Hüseyn şüarı səsləndirilib.