Yəmən ordusu ilə toqquşmalarda Səudiyyə muzdluları öldürülüblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i240296-yəmən_ordusu_ilə_toqquşmalarda_səudiyyə_muzdluları_öldürülüblər
Yəmən xalq qüvvələri bu ölkənin sərhəd ərazilərində Səudiyyə Ərəbistanının mövqelərinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2016 14:13 Asia/Baku
  • Yəmən ordusu ilə toqquşmalarda Səudiyyə muzdluları öldürülüblər
    Yəmən ordusu ilə toqquşmalarda Səudiyyə muzdluları öldürülüblər

Yəmən xalq qüvvələri bu ölkənin sərhəd ərazilərində Səudiyyə Ərəbistanının mövqelərinə hücum ediblər.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri bu gün Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı təcavüzlərinə cavab olaraq, Səudiyyə Ərəbistanının cənubunda Nəcran vilayətində yerləşən Əl-Xəzra keçidində Səudiyyə muzdlularının mövqelərini 40-dan çox raketlə hədəfə alıblar. 

Həmçinin Səudiyyə Ərəbistanının cənubunda Ceyzan və Əsir vilayətləri də Yəmən ordusunun atəşi altında olub. 

Bu hücumlarda ən azı 5 Səudiyyə hərbçisi öldürülüb, 10 hərbçi isə yaralanıb. 

Səudiyyə Ərəbistanının hərbi təyyarələri də Yəmənin bəzi bölgələri o cümlədən Təəz vilayətində Xalid hərbi bölməsini bombalayıblar. Hələlik bu hücumun tələfatı barədə məlumat yayılmayıb. 

Səudiyyə Ərəbistanı 2015-ci il mart ayından Yəmənə qarşı hava hücumları həyata keçirir. Bu hücumlar nəticəsində 10 min yəmənli mülki həlak olub, on minlərlə mülki isə yaralanıb.