Adil Əccübeyr : Səudiyyə Ərəbistanı Yəməndə atəşkəsin bərqərar edilməsinə hazırdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i240302-adil_Əccübeyr_səudiyyə_Ərəbistanı_yəməndə_atəşkəsin_bərqərar_edilməsinə_hazırdır
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əccübeyr ölkəsinin Yəməndə atəşkəsin bərqərar edilməsinə hazır olduğunu bildirib və bunu Hövsilərin də razılaşmaları ilə şərtləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2016 14:48 Asia/Baku
  • Adil Əccübeyr
    Adil Əccübeyr

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əccübeyr ölkəsinin Yəməndə atəşkəsin bərqərar edilməsinə hazır olduğunu bildirib və bunu Hövsilərin də razılaşmaları ilə şərtləndirib.

İRNA-nın verdiyi məlumata görə, Əl-Məyadin telekanalı bu gün təcili bir məlumatda bu xəbəri verib. Telekanal Adil Əccübeyrin dilindən bildirib ki, Ər-Rəyad Hələbdəki təkfirçi terrorçulara əlavə silahların göndərilməsinə təşəbbüs göstərəcək. Səudiyyə Ərəbistanının xarici işlər naziri deyib: "Hövsilərin Yəməndə atəşkəsə sadiq qalacaqlarına şübhə edirirk."

Əccübeyri deyib: Mosulun azad edilməsi əməliyyatına start verilməsi ilə, İŞİD yaxın günlərdə böyük ziyanlara məruz qalacaq. Əccübeyr Amerikan-Səudiyyə siyasətləri çərçivəsində, İŞİD terrorçularına dəstək və İraqdakı İŞİD-çilərin Suriyanın Rəqqə ərazilərinə ötürülməsi planı çərçivəsində deyib: İraqın xalq qüvvələrinin Mosula daxil olması və bu şəhərin qan gölünə çevrilməsindən nigaranıq.