Okt 19, 2016 12:48 Asia/Baku
  • Əbubəkr Əlbağdadi
    Əbubəkr Əlbağdadi

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əlbəğdadinin aldığı yaralar üzündən İraq - Suriya sərhəd məntəqəsində öldüyü ehtimal edilir.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, adının gizli qalmasını istəyən bir mənbə İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əlbağdadinin ölməsi ehtimalından xəbər verib. 

Bu mənbə bildirib ki, Əbubəkr Əlbağdadi Əlanbar əyalətində yaralandıqdan sonra Mosul şəhərində müalicə olunurdu və hələ tam sağalmamışdı. Qara ciyəri və bədənin sol nahiyəsindən ağır yara almasına görə, hələ bir neçə ay da hərəkət edə bilməyəcəkdi. 

Bu mənbənin dediyinə görə, Əbubəkr Əlbağdadinin səhhətinin ağır olmasına görə, onun Mosulun 100 kilometrliyində  yerləşən Əlbəac şəhərində öldüyü və ya ölüm ayağında olduğu ehtimal edilir. 

Teqlər