Okt 19, 2016 20:54 Asia/Baku
  • Türkiyə polisi Ankarada İŞİD-ə üzv olmaqda şübhəli bilinən şəxsi qətlə yetirib
    Türkiyə polisi Ankarada İŞİD-ə üzv olmaqda şübhəli bilinən şəxsi qətlə yetirib

Türkiyə polisi terrorçu İŞİD qrupunun üzvlərindən birinin Ankarada öldürüldüyündən xəbər verib

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Türkiyə polisi bu gün bildirib ki, İŞİD terror qruplaşmasına üzv olmaqda şübhəli bilinən şəxs Ankara şəhərində polisin açdığı atəş nəticəsində öldürülüb. 

Deyilənlərə görə öldürülən şəxs Ankarada partlayış törətməyi planlaşdırırmış 

Türkiyə dövlətinin daxili tənqidçiləri hökumətin terrorizm ilə mübarizədə ikili rəftarını tənqid edərək bu kimi məlumatların yayılmasında məqsədin ümumi fikri yayındırmaq olduğunu deyirlər. 

İndiyədək bəzi Türkiyə jurnalistləri və partiyaları bu ölkə hökumətinin təkfirçi qruplar o cümlədən Suriyadakı İŞİD və Cəbhətün-Nüsrə terrorçularına bu ölkənin qanuni hökumətini devirmək məqsədi ilə hərbi və maliyyə dəstək verdiyi barədə bəzi sənədlər yayıblar. 

Teqlər