Okt 21, 2016 11:44 Asia/Baku
  • Heydər İbadi
    Heydər İbadi

İraqın baş naziri Heydər İbadi Parisdə keçirilən beynəlxalq İraqa dəstək konfransında etdiyi video-çıxışında deyib: Mosulun azad edilməsi əməliyyatında irəliləyiş planlaşdırıldığından daha sürətlidir.

H.İbadi əlavə edib: Neynəva əyalətinin yerli hökuməti ilə yanaşı humanitar yardımlar və digər xidmətlərin göstərilməsi üzrə səylər həyata keçirilir. Bütün hərbi bölmələrə göstəriş verilib ki, bütün əməliyyat məntəqələrində sivillərin döyüş bölgəsini tərk edə bilməsi üçün təhlükəsiz keçidlər yaratsınlar. 

İraqın baş naziri həmçinin deyib: İraqlı qüvvələr Mosula doğru planlaşdırıldığından daha sürətlə irəliləyirlər. Kürd peşmərgə yaraqlıları ilk dəfə olaraq dövlət qüvvələri və ordunun kənarında savaşırlar ki, bu da Mosul savaşında iraqlıların birliyinin göstəricisidir. Bütün iraqlılar bu gün İŞİD ilə mübarizədə bir-birinin kənarında savaşırlar və iraqlıların birliyi zirvə nöqtəsindədir. 

Teqlər