Okt 21, 2016 12:47 Asia/Baku
  • Mosul qaçqınları
    Mosul qaçqınları

İraqın mühacirlərlə iş naziri bütün əlaqədar qrumlar və təşkilatların Mosul qaçqınlarını müvəqqəti sığınacaqlarla təmin etməyə hazır olduqlarını bildirib.

Küveytin dövlət xəbər agentliyi bildirir ki, İraqın mühacirlərlə iş naziri Dərbaz Məhəmməd deyib: Mosulun yaxınlığında quraşdırılmış 10 000 çadır Mosulun azad edilməsi əməliyyatı zamanı şəhəri tərk edəcək sakinləri qəbul etməyə tam hazır vəziyyətdədir. 

Dərbaz Məhəmməd həmçinin, əlaqədar qrum və təşkilatların qaçqınların və məcburi köçkünlərin ehtiyaclarını qarşılamağa hazır olduqlarını deyərək, əlavə edib: Ərzaq, geyim və dərman preparatları habelə, xilasedici və nicat təchizatlarının təmin edilməsi kimi  lazım olan hər bir tədbir həyata keçirilib və Mhacirlərlə İş Nazirliyi ilə digər əlaqədar qrumlar arasında ahəngdarlıq yaradılıb. 

D.Məhəmməd Ərbil, Süleymaniyə, Mosulun cənubu və Səlahəddin əyalətinin şimalında da qaçqınlar və məcburi kökçünlərin müvəqqəti sığınacaqlarla təmin edilməsi üçün lazımi işlərin görüldüyündən xəbər verib. 

Mosulun azad edilməsi əməliyyatının başlanması ilə bir vaxtda BMT-nin qaçqınlar və məcburi köçkünlərlə iş üzrə Ali Kamissarlığı 100 000 iraqlının Mosuldan didərgin düşəcəyini proqnoz edib. 

Teqlər