BMT-nin Ərəbistanın Yəmənə hücumu ilə bağlı hesabatı
-
BMT-nin Ərəbistanın Yəmənə hücumu ilə bağlı hesabatı
BMT-nin sanksiyalar üzrə müşahidəçiləri Yəmənin paytaxtı Sənada dəfn mərasiminə edilən hücumda təcavüzkar Ərəbistan dövlətinin müqəssir olduğunu elan ediblər.
Röyters-in bu günə olan məlumatına görə, BMT-nin sanksiyalar üzrə müşahidəçiləri Təhlükəsizlik Şurasına təqdim etdikləri hesabatda bildiriblər ki, Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Sənada bir dəfn mərasiminə qarşı 2 dəfə hücum həyata keçirməklə beynəlxalq humanitar qanunları kobud şəkildə pozublar.
Bu hesabata görə, Ərəbistanın başçılıq etdiyi koalisiya bu hücum zamanı savaşmaq qabiliyyətinə malik olmayanlar və yaralılarla bağlı öhdəliklərini pozub.
Beynəlxalq qanunlara görə, savaşmaq qabiliyyətinə malik olmayan insanlara və yaralılara, habelə, özünü müdafiə etmək gücünə malik olmayanlara hücum etmək qadağandır.
BMT-nin yaydığı məlumata görə, Ərəbistan 8 oktyabrda Sənada bir yas mərasiminə olan hücumunda 140 sivil yəmənlini öldürüb, yüzlərlə nəfəri yaralayıb.
Ərəbistan 2015-ci ilin martından, ABŞ-ın himayəsi altında bir koalisiya yaradaraq, Yəməni mühasirəyə alıb və bu ölkə xalqını hərtərəfli formada hücumlara məruz qoyaraq, qırğın edir. Ərəbistan bu cinayətləri Yəmənin istefada olan fərari prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq üçün etdiyini bildirir.
Yəmənin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ötən 19 ayda Yəmənə olan hücumlarda 8000-dən çox yəmənli həlak olub, 20 000-ə yaxın insan da yaralanıb.