Okt 24, 2016 11:20 Asia/Baku
  • Əbu Mehdi Əl-Mühəndis
    Əbu Mehdi Əl-Mühəndis

İraq xalq qüvvələrinin komandan müavini Əbu Mehdi əl-Mühəndis deyib ki, İraq torpaqlarında Türkiyə qüvvələrinə münasibətimiz İŞİD-ə olan münasibətimizlə eyni olacaq.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Əbu Mehdi dünən deyib: İraqda fəaliyyət göstərən Türkiyə hərbçiləri işğalçıdırlar və onlarla İŞİD terrorçuları ilə olduğu kimi qarşılaşacağıq. 

Əbu Mehdi Türkiyə hərbçilərinin İraqdakı fəaliyyətlərini davam etməkdə israrlı olmaları barədə deyib: İraqdakı Türkiyə hərbçiləri işğalçıdırlar və İraqın səfərbər xalq qüvvələri onlarda İŞİD-lə olduğu kimi rəftar edəcək. 

İraqın baş naziri Heydər əl-İbadi də dünən Türkiyənin Mosul əməliyyatında iştirak çağırışına mənfi cavab vermişdir. 

Əl-İbadi deyib: İraq Türkiyə ilə qonşu bir ölkə olaraq dinc münasibətlərə malik olmağın tərəfdarıdır və Mosul savaşı sadəcə iraqlılara aid olan məsələdir. 

Əl-İbadi deyib: Hal-hazırda kürdlər, sünni və şiə ərəblər, türkmənlər, xristian və yezidilər biri-birinin kənarında Mosulun azad edilməsi uğrunda döyüşürlər və bizim bu sahədə problemimiz yoxdur. Əgər Mosul əməliyyatında ehtiyac duyarsaq, Türkiyə yaxud hər hansı başqa qonşu ölkədən yardım istəyəcəyik. 

Rəsmi Bağdad dəfələrlə Türkiyədən özünün Mosulun şimal şərqində yerləşən Bəşiqə bazasındakı əsgərlərini İraqdan çıxarmasını istəyib, lakin bu günədək Türkiyə İraqın bu tələbi ilə razılaşmayıb. 

Teqlər