Əl-Həmdaniyyə təmizləndi
Okt 24, 2016 13:06 Asia/Baku
-
Əl-Həmdaniyyə təmizləndi
İraqın Müştərək Əməliyyat sözçüsü Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin cənub-şərqində yerləşən əl-Həmdaniyyə şəhərinin tam şəkildə təmizlənildiyini bildirib.
Əl-Ərəbiyyə televiziyasının məlumatına görə, leytenant Yəhya əl-Zübeydi bildirib: İraq silahlı qüvvələri Mosulun cənub-şərqində əl-Həmdaniyyə şəhərini təmizləyiblər.
Əl-Zübeydi əlavə edib: İbrahim əl-Xəlilə, əl-İdalə və Bilavat kəndləri də azad olunublar. Bu əməliyyatda 36 terrorçu öldürülüb və 4 bomba quraşdırılmış avtomobil məhv edilib.
Teqlər