Suriya ordusu Hələb şəhərində terrorçuların mövqelərinə hücum edib
-
Suriya ordusu Hələb şəhərində terrorçuların mövqelərinə hücum edib
Suriya ordusu Hələbdə Təll-Bazu bölgəsini öz nəzarətinə keçirib. Suriya ordusu, xaql qüvvələri və müttəfiq qüvvələr də Raşideyn beş və əl-Bərici atəşə tutmaq imkanına malik olublar. Suriya ordusunun Həmada Ən-Nüsrə Cəbhəsi və İŞİD terror qruplaşmasının mövqelərinə hücumunda 50-dən çox terrorçu öldürülüb.
Ərəb və qərbin məkrli planları nəticəsində təkfirçi terrorçuların Hələbdəki iştirakından artıq beş il ötür. Bu iştirakın nəticəsi de-stabillik və viranəlikdən və sivil insanların öldürülməsindən başqa bir şey olmayıb.
Suriya vətəndaşı deyib: Hələbdəki terrorçular Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının muzdlularıdır. Bunların Suriyaya marağı yoxdur.
Başqa bir suriyalı deyib: Əgər bizim düşmənlərimiz olmasaydılar, minaatanlarla bizi vurmazdılar.
Suriya vətəndaşı deyib: Terrorçuları istəmirik, çünki şəhərimizi dağıdıblar. Təhlükəsizliyimiz vardı. Onların gəlməsi ilə şəhərimizin təhlükəsizliyini məhv etdilər.
Amma bu sakinlərin gözəl günlərini məhv edən insanlara deyəcəkləri görəsən nədir?
Başqa bir suriyalı deyib: Dünyanın bütün problemləri Amerika və onun ərəb müttəfiqlərinin yastığı altındadır. Özləri terrorçuları yaradıblar və dəstəkləyirlər.
Suriya vətəndaşı deyib: Terrorçuları dəstəkləməkdən əl çəkin. Ölkəmizdə bu işləriniz yanlışdır. Çünki Suriya ordusu və xalqı ilə güclü ölkədir.
Təhlükəsizlik, su, elektrik və qazın olmaması və didərginlik terrorçuların Hələbə töhfəsi olmuşdur. Bəşəriyyətin müdafiəsi və Suriya xalqına dəstək şüarı ilə bu diyara daxil olanlar yaxşı olardı ki, Suriya vətəndaşlarının sözlərini eşitsinlər və Suriya vətəndaşlarının rəylərinə əsasən nəticə çıxarsınlar və davransınlar.