Yəmənli qüvvələr Səudiyyə Ərəbistanının Nəcran hərbi qərargahına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i242006-yəmənli_qüvvələr_səudiyyə_Ərəbistanının_nəcran_hərbi_qərargahına_hücum_ediblər
Yəmən ordusu intiqam xarakteri daşıyan əməliyyatda Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran bölgəsində Əlib hərbi qərargahına hücum edib, qərargahın mühafizə qülləsini məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2016 09:05 Asia/Baku
  • Yəmənli qüvvələr Səudiyyə Ərəbistanının Nəcran hərbi qərargahına hücum ediblər
    Yəmənli qüvvələr Səudiyyə Ərəbistanının Nəcran hərbi qərargahına hücum ediblər

Yəmən ordusu intiqam xarakteri daşıyan əməliyyatda Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran bölgəsində Əlib hərbi qərargahına hücum edib, qərargahın mühafizə qülləsini məhv edib.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, dünən baş tutan bu hücumun ardınca Yəmən ordusu və səudiyyə hərbçiləri arasında toqquşmalar baş verib.

Məlumatda deyilir ki, Yəmənin ordusu və Ənsarullah xalq qüvvələrinin ağır hücumları nəticəsində səudiyyə hərbçiləri geri çəkiliblər və bir neçə səudiyyə hərbçisi yaralanıb. 

Telekanal Yəmən ordusunun hücumunu özündə əks etdirən video da yayımlayıb. Görüntülərdə yəmənli qüvvələr səudiyyə hərbi bazasının silah-sursatını zəbt edirlər. 

Bu hücumda səudiyyə hərbçilərinin bir ədəd zirehli texnikası və bir ədəd tankı da məhv edilib.

Yəmənli qüvvələr həmçinin Əlib hərbi qərargahını ələ keçirdikdən sonra onun mühafizə qülləsini partladaraq məhv ediblər. 

Bu məlumata görə, əməliyyatla eyni zamanda səudiyyənin vertolyotları müəyyən hədəfləri raketlə vurublar. 

Səudiyyə Ərəbistanının bir ədəd pilotsuz təyyarəsi də yəmənlilərin uğurlu əməliyyatlarına müşahidə aparıb. 

Yəmənli döyüşçülərin Səudiyyə hərbi qərargahına qarşı əvəzini çıxma əməliyyatı Səudiyyə Ərəbistanının bu yoxsul ölkəyə qarşı hava hücumlarına yenidən start verməsindən sonra həyata keçirilir.

BMT Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarında indiyədək əksəriyyəti mülkidən ibarət olan 10 min insanın həlak olmasını bildirib.