BAT Suriyada mülkinin qırğın edilməsindən xəbər verib
-
Suriyada mülkinin qırğın edilməsi
Beynəlxalq Amnistiya Təşkilatı son hesabatında son iki il ərzində ABŞ və onun müttəfiqlərinin Suriyaya qarşı hava hücumlarında 600-1000 mülkinin həlak olduğunu bildirib.
Beynəlxalq Amnistiya Təşkilatı öz hesabatında bildirir: ABŞ-ın başçılıq etdiyi koalissiya qüvvələrinin sadəcə 11 hava hücumunda ən azı 300 mülki həlak olub.
BAT həyata keçirilmiş araşdırmaların nəticələrinə istinadla bildirib: Suriyanın şimalında Həsəkə şəhərinin yaxınlığında yerləşən bir kəndə qarşı hava hücumunda 19-u uşaq olan 40 mülki ölüb, 30 nəfər isə yaralanıb.
Bu təşkilatın hesabatına görə, Koalissiya qüvvələri İŞİD üzvlərini hədəfə aldıqlarını iddia edirdilər. Halbuki şahidlərə görə onlar mülkini hədəfə alaraq qətlə yetiriblər.
Beynəlxalq Amnistiya Təşkilatı ABŞ-dan İŞİD-ə qarşı hava hücumlarında mülkinin qırğın edilməsinin qarşısının alınması üçün lazımı tədbirlər görülməsini istəyib.