Okt 27, 2016 16:23 Asia/Baku
  • BMT Yəməndə insan böhranının ağırlaşması haqda xəbərdarlıq etdi
    BMT Yəməndə insan böhranının ağırlaşması haqda xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənin müxtəlif bölgələrinə hücumlarının artması ilə, Birləşmiş Millətlər Təşkilatı bu ölkədə ərzaq çatışmazlığı və insan faciəsinin baş verməsi barədə xəbərdarlıq edib.

BMT-nin Dünya Ərzaq Proqramının Yaxın Şərq və Şİmali Afrika üzrədirektoru Məhənd Hadi bir hesabatla bildirib: Yəmənin müxtəlif bölgələri, əsasən də əlaqə yolları, limanlar və ərzaq maddələri anbarlarına hücumların davam etməsi ilə bu ölkədə aclıq və ərzaq çatışmazlığı güclənib və milyonlarla yəmənli insan faciəsi ilə üzləşib.

BMT-nin Yəməndə insan vəziyyəti ilə əlaqədar hesabatına əsasən, Yəmən böhranının əsas qurbanları uşaq və qadınlardır. Hazırda bu ölkə əhalisinin 14 milyon nəfəri ərzaq maddələrinin çatışmazlığı ilə üzləşib.

Hesabatda bildirilir: Hal-hazırda yəmənli uşaqların otuz bir faizi yanlış qidalanma problemi ilə üzləşib.

Yəmənin səhiyyə nazirinin dediyinə görə, içməli su çatışmazlığı, xəstəxana, elektrik stansiyaları, su filtrasiya mərkəzlərinin bombalanması nəticəsində qeyri-münasib səhiyyə şəraiti, həmçinin səudiyyəli koalisiyanın Yəmən vətəndaşlarına yardımların çatdırılmasına şərait yaratmaqdan çəkinməsi yəmənlilərin müxtəlif yoluxucu xəstəliklərə tutulması təhlükəsini artırmışdır.

Bu hücumlar Yəmənin infrastruktur obyektlərinə milyardlarla dollar dəyərində ziyan vurub.

Teqlər