Diyarbəkrin merinin həbsinə qarşı İstanbulda aksiya
Okt 27, 2016 16:26 Asia/Baku
-
Diyarbəkrin merinin həbsinə qarşı İstanbulda aksiya
İstanbulda yüzlərlə adam dünən Diyarbəkr merinin həbsinə qarşı etiraz aksiyası keçirib
Aksiyaçılar hökumətə qarşı şuarlar səsləndirərək Diyarbəkr meri Gültən Kişanak və onun müavini Fürat Anlının polis tərəfindən həbs edilməsini pisləyiblər.
Diyarbəkr sakinləri də şəhər bələdiyyəsi qarşısına toplaşaraq bələdiyyə sədri və onun müavininin azadlığa buraxılmalarını tələb ediblər.
Türkiyə polisi aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Türkiyənin Diyarbəkr prokuroro şəhər meri və onun müavinini PKK-nı himayə etməkdə ittihamlandırıb
Son həftə ərzində Türkiyə rəsmiləri yerli rəsmilərin həbsini gücləndiriblər.