Okt 27, 2016 16:27 Asia/Baku
  • İraqda İŞİD-in tunellər şəbəkəsi aşkar edilib
    İraqda İŞİD-in tunellər şəbəkəsi aşkar edilib

İraq qüvvələri İŞİD-in 10 kilometrlik tankın keçə biləcəyi böyük tunellər şəbəkəsini aşkar və məhv ediblər.

Frans24 telekanalının müxbiri məlumat verir:Biz dünən toqquşmaların ön cəbhəsində İraqın anti-terror qüvvələri ilə birlikdə idik. Bu hərbçilər Fəllucə və Ər-Rəmadi döyüşlərində də iştirak edirdilər, onlar Mosula ən yaxın qüvvələr hesab olunur. Biz onlarla birlikdə vaxtı ilə İŞİD qüvvələrinin təlim düşərgəsi olan "Bəzvayə" şəhərciyinə getdik. İraqın anti-terror bölmələri bu şəhərciyi nəzarətə alıblar. Bu şəhərcik Bərələ şəhərindən Mosuladək uzanan 10 kilometrlik tunel şəbəkəsindən ibarətdir. Bərtələ arxamızdadır və Mosula məsafəsi Bəzvayə ilə müqayisədə daha çoxdur. Tunel çox maraqlı idi, hündürlüyü və eni bir  neçə metr idi. Biz oraya daxil olarkən İŞİD qüvvələrinin istifadəsi üçün yararsız olsun deyə iraqlı qüvvələr tuneli dağıdırdılar. İraqın anti-terror qüvvələrinin zabitləri bizə dedilər ki, təkfirçi qüvvələr tuneldən xüsusi ilə motosikletlərin daşınması üçün istifadə edirmişlər. Tunel o qədər böyükdur ki, İŞİD ondan tankların daşınması üçün də istifadə edirmiş. Bundan əlavə bu şəhərcikdə bir bina da var ki, Səddam rejimi dövründə həbsxana imiş amma təkfirçilər ondan öz qüvvələrinə təlimat vermək üçün istifadə edirmişlər.

Teqlər