Homsda terrorçuların hücumu nakam qalıb
Okt 27, 2016 16:27 Asia/Baku
-
Homsda terrorçuların hücumu nakam qalıb
Terrorçuların Suriyanın Homs vilayətinə hücumu məğlubiyyətlə nəticələnib.
Suriyanın Əl-Əxbariyyə telekanalının verdiyi məlumata görə, Suriya ordusunun quru qoşunları, hava qüvvələrinin dəstəyi ilə Homs vilayətinin şərqində İŞİD və Əhrarüş-Şam terrorçularının mövqelərini hədəfə alıblar.
Suriyada bir hərbi mənbə bildirib ki, Ordu bölmələrindən biri Homsun şimal şərqində Əl-Məşriqə kəndi ətrafına nüfuz etməyə cəhd göstərən bir terrorçu dəstənin üzvləri ilə toqquşub. Suriya ordusu onların hücumunu məğlubiyyətə uğradaraq terrorçuların hamısını ağır artilleriyaya təchiz edilmiş texnikaları ilə bərabər məhv edib.
Digər tərəfdən Suriya ordusu İŞİD-ə aid olan onlarla neft tankerini Hələb vilayətinin şərqində Əl-Bab bölgəsində məhv edib.