Ərəbistan ordusu Yəmənin yaşayış massivlərinə hava zərbələri endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i242267-Ərəbistan_ordusu_yəmənin_yaşayış_massivlərinə_hava_zərbələri_endirib
Ərəbistan ordusu qırıcı təyyarələri Yəmənin şimal-qərbində Sədə vilayətinin bir neçə yaşayış bölgəsini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2016 16:52 Asia/Baku
  • Ərəbistan ordusu Yəmənin yaşayış massivlərinə hava zərbələri endirib
    Ərəbistan ordusu Yəmənin yaşayış massivlərinə hava zərbələri endirib

Ərəbistan ordusu qırıcı təyyarələri Yəmənin şimal-qərbində Sədə vilayətinin bir neçə yaşayış bölgəsini bombardman ediblər.

Yəmənin şimal-qərbində Sədə Vilayət Şurasının üzvü Əli Əs-Sədə cümə axşamı günü Fars Xəbər Agentliyinə verdiyi müsahibədə deyib: Ərəbistan ordusu qırıcıları Sədə vilayətinin müxtəlif bölgələrini bir neçə dəfə bombalayıblar. Nəticədə azı 14 yəmənli sivil həlak olub, onlarla nəfər də yaralanıb. 

Bu arada Yəmənin İnqilab Komitələri ordu rəsmisi Hüseyn əl-Husi Fars Xəbər Agentliyi ilə müsahibədə deyib: Yəmən qüvvələri Təiz vilayətində səudiyyəli muzdluların bazalarını Katyuşa raketləri ilə atəşə tutublar. Nəticədə 50-dən çox muzdlu terrorçu öldürülüb. 

Səudiyyəli təcavüzkar qırıcı təyyarələrin əl-Couf vilayətində yaşayış bölgələrinə hücumunda da 13 yəmənli sivil həlak olub. 

Digər tərəfdən böyrək xəstəliyindən əziyyət çəkən onlarla xəstə BMT-nin Sənadakı binası önündə aksiya keçirərək Ərəbistanın Yəmənə hücumlarının dayandırılmasını tələb edib.