Ən-Nüsrə Cəbhəsinin 7 pilotsuzu məhv edilib
-
Ən-Nüsrə Cəbhəsinin 7 pilotsuzu məhv edilib
Suriya ordusu Ən-Nüsrə Cəbhəsi (Fəthüş-Şam) terrorçularının 7 pilotsuz təyyarəsini ölkənin cənubunda Dəra vilayətində məhv edib.
Suriyanın məlumatlı hərbi mənbələrindən biri dünən gecə SANA-ya verdiyi müsahibədə deyib: Suriya ordusunun bölmələri terrorçuların 4 pilotsuz təyyarəsini, eləcə də bir ədəd tank, 3 ədəd zirehli texnika və 4 ədəd pulemiyotlu texnikasını məhv ediblər.
Dünən səhərçağı da Suriya ordusu Dəra şəhərinin 20 km şimal-qərbində yerləşən Əbtə şəhərciyinin şərqində terrorçuların başqa 3 pilotsuzunu vurublar.
Suriya ordusu dünən Ən-Nüsrə Cəbhəsi terrorçularının Əbtə şəhərciyinin şərqində əl-Həcurə havadan müdafiə batalyonuna hücumunu zərərsizləşdiriblər.
Terrorçu qruplar nəzarət edə bilmədikləri ərazilərə hücum üçün bomba daşıyan kiçik pilotsuz təyyarələrdən istifadə edirlər. Suriya ordusu bu təyyarələri izləyir və yaşayış olmayan ərazilərdə vururlar.
Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onun müttəfiqlərinin dəstək verdikləri terrorçu qrupların bu ölkənin qanuni hökumətini devirmək cəhdlərindən sonra başlandı.