Yəmənli həkimlər yardım tələb ediblər
-
Yəmənli həkimlər yardım tələb ediblər
Yəmənli həkimlər beynəlxalq yardım təşkilatlarını Hüdəydə şəhərinin Təhita bölgəsində 100 min sakinin həyatının xilas edilməsi üçün dərhal təşəbbüs göstərməyə çağırıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, yəmənli həkimlər cəmiyyəti bildirib ki, Yəmənə qarşı hücumların, eləcə də bu ölkənin mühasirəsinin davam etməsinə görə sözü gedən bölgədə əhali acınacaqlı və faciəli durumdadır. Zərərçəkmiş cəmiyyətlərdə səhiyyə nəzarəti cəmiyyəti Sənada keçirdiyi mətbuat konfransında bildirib: Təhita bölgəsində tibbi xidmətlər üçün qurulan çadıra sadəcə 5 gün ərzində 4500 xəstə müraciət edib. Onlar müxtəlif xəstəliklərə yoluxmuşlar. Cəmiyyətin nümayəndələri bildiriblər ki, son günlərdə Təhita tibbi xidmət mərkəzinə müraciət edənlərin hamısı ağır durumdadır və bölgənin yeganə xəstəxanası imkanlarının məhdud olduğuna görə bu sayda xəstəyə xidmət təqdim edə bilmir.