Suriya ordusu Həma vilayətinin bəzi bölgələrini azad ediblər
-
Suriya ordusu Həma vilayətinin bəzi bölgələrini azad ediblər
Suriya ordusu və müttəfiqləri Həmanın şimalında irəliləməkdə davam edirlər, son məlumatlara görə bir neçə bölgəni terrorçuların işğalından azad ediblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Suriya ordusu və müttəfiqləri Həma vilayətinin şimalında Suran şəhərinə nəzarəti təmin etdikdən bir neçə gün sonra, bu şəhərin qərbində yerləşən əl-Mənsurə bölgəsi, dondurma və kərpiç zavodlarını azad ediblər.
Məərdəs şəhəri sakinlərinin terrorçuların əlindən qaçmalarından ay yarım sonra, şəhərin Suriya ordusu tərəfindən terrorçu qrupların işğalından azad edilməsindən sonra sakinlər öz ev-eşiklərinə qayıtmaqdadırlar. Terrorçuların əhalinin mənzillərini dağıtmaları və qarət etmələri nəticəsində onların əmlakına külli miqdarda ziyan dəyib.
Şəhər sakinlərindən biri deyir: Biz ordunun himayəsi altında təhlükəsizliyə malikik, amma normal həyatımıza qayıtmaq üçün şəhərin və mənzillərimizin yenidən qurulmasını istəyirik, bizim su və elektrikə, eləcə də məktəblərin bərpasına ehtiyacımız var.
Başqa bir sakin deyir: Allaha şükür ki, bizi evimizə qaytardı, biz xarabalıqların yenidən bərpasını istəyirik.
Həma vilayətinin şimalında hərbi əməliyyatların sürəti, müxtəlif bölgələrin sakinlərinin ordu tərəfindən azad edilmiş məntəqələrə qayıtmaq üçün təhlükəsizliyə malik olmalarına səbəb olub.