İraqın baş naziri Türkiyəyə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i243329-İraqın_baş_naziri_türkiyəyə_xəbərdarlıq_edib
İraqın baş naziri Türkiyənin İraq ərazilərinə qarşı hər hansı müdaxiləsi barədə xəbərdarlıq edib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2016 07:33 Asia/Baku
  • İraqın baş naziri Heydər Əl-İbadi
    İraqın baş naziri Heydər Əl-İbadi

İraqın baş naziri Türkiyənin İraq ərazilərinə qarşı hər hansı müdaxiləsi barədə xəbərdarlıq edib

İRİB-nin verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi dünən Türkiyə tanklarının İraqla həmsərhəd bölgələrdə yerləşdirilməsi xəbərinə münasibət bildirərkən deyib: Türkiyənin İraq torpaqlarına hər hansı ehtimal olunan təcavüzü Türkiyənin parçalanması ilə nəticələnəcək.

Türkiyənin silahlı qüvvələri dünən Türkiyənin Şırnak vilayətinin Silupi bölgəsində İraqla həmsərhəd ərazilərdə tank və zirehli texnika yerləşdiriblər.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan şənbə günü verdiyi açıqlamada Türkiyənin İraqla həmsərhəd olan Silupi şəhərində özünün hərbi qüvvələrini artıracağını bildirmişdi, eyni zamanda Həşədüşşəbi qüvvələrininTəlli-Əfər şəhərinə daxıl olmaları barədə xəbərdarlıq etmişdi.

İraqın baş naziri Mosulun azad edilməsi əməliyyatı barədə isə deyib: Mosulda İraqıın silahlı qüvvələri ilə əməkdaşlıq edənlər, onların kənarında təkfirçi terrorçu İŞİD-lə mübarizə aparanlar İraq vətəndaşlarıdır. 

Heydər Əl-İbadi deyib: Hal-hazırda da Mosulda tayfalar şəhərin azad edilməsi əməliyyatında ordu və xalq səfərbər qüvvələri ilə əməkdaşlıq edirlər.