Həşədüşşəbi qüvvələri Tələfər şəhərinə doğru irəliləyirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i243335-həşədüşşəbi_qüvvələri_tələfər_şəhərinə_doğru_irəliləyirlər
İraqın xalq səfərbər qüvvələri dünəndə Mosulun qərbində yerləşən Tələfər şəhərinə doğru irəliləyişlərini davam etdiriblər, Mosulun qərb istiqamətində 500 kvadrat km ərazini azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2016 08:36 Asia/Baku
  • Həşədüşşəbi qüvvələri Tələfər şəhərinə doğru irəliləyirlər
    Həşədüşşəbi qüvvələri Tələfər şəhərinə doğru irəliləyirlər

İraqın xalq səfərbər qüvvələri dünəndə Mosulun qərbində yerləşən Tələfər şəhərinə doğru irəliləyişlərini davam etdiriblər, Mosulun qərb istiqamətində 500 kvadrat km ərazini azad ediblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın xalq səfərbər qüvvələri əməliyyatlarının 3-cü günündə Mosulun qərbində 17 kəndi azad ediblər onlarla İŞİD terrorçusunu öldürüblər, 500 kvadrat km ərazini azad ediblər. Bu qüvvələr İŞİD-çilərin bütün savaş metodlarını zərərsizləşdiriblər. Bir İŞİD kamikadzenin azad edilmiş Farisiyyə kəndində bomba dolu avtomobillə səfərbər qüvvələrə hücum cəhdi uğursuz qalıb. 

Ənnücəba hərəkatının komandanı Mürtəza Əl-Musəvi deyib: Yaraqlıları darma-dağın etdik. Hücumumuz qəfildən oldu və onlar özlərini toparlaya bilmədilər. Kamikadzelər terrorçularin məyusluğunu düzəltmək üçün hücuma cəhd göstərdilər ancaq gənclərimiz onları nakam qoydu.

Əmaziz və Farisiyyə kəndləri bir neçə saat ərzində azad edilib və bu kəndlərdə terrorçular tərəfindən ciddi müqavimət müşahidə olunmayıb. Müşahidə qrupunun bu əməliyyatda böyük rolu olub.Xalq səfərbər qüvvələri Eynül-Cehş bölgəsini mühasirəyə alıblar və havadan və qurudan hücuma keçiblər.