M.Ounun seçilməsindən sonra Livan müqaviməti güclənib
-
Ədnan Mənsur
Livanın keçmiş xarici işlər naziri deyib: Mişel Ounun Livanın müqavimət haqqı barədə dedikləri İsrail üçün böyük problemdir.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Ədnan Mənsur deyib: Mişel Əun and içmə mərasimindən sonra etdiyi çıxışında müqavimətə dəstək və livanın böhranlardan uzaqda saxlanılmasına təkid etdi. İşğal olunmuş torpaqların tamamilə azad edilməsi uğrunda bütün səylərini səfərbər edəcəyini söylədi. Mişel Ounun müqaviməti dəskələməsi elə bir şəraitdədir ki son illər Livan daxilində müqavimətə və müqavimət silahına qarşı davamlı nücumlar gedir. Livan üçün müdafiə strategiyasının müəyyənləşdirilməsi zərurət daşıyır və bütün tərəflər belə bir strategiyanın qəbul edilməsini istəyirlər.
Ədnan Mənsur deyib: Mişel Ounun prezident vəzifəsinə çatması heç şübhəsiz ki İsrailin istədiyinə uyğun deyil, ona görə ki, bu rejim öz qarşısında minimum müqavimət də görmək istəmir. Mişel Ounun Livanın müqavimətdə haqlı olmasını vurğulaması İsrail üçün böyük prboblem hesab olunur. İsrail onunla əməkdaşlıq edən hökumətlərin ardıncadır məhz buna görə də İsrail Mişel Ounun seçilməsindən razı deyil.