"Merets" partiyası Ərəbistan-İsrail hərbi əməkdaşlıqlarını ifşa edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i243356-merets_partiyası_Ərəbistan_İsrail_hərbi_əməkdaşlıqlarını_ifşa_edib
İsrailin "Merets" partiyasının sədri Zahava Gal-On hal-hazırda Səudiyyə Ərəbistanının Təbuk şəhərində Məlik Feysəl hava bazasında fəaliyyət göstərən 122 İsrail və ABŞ hərbçisinin adlarını ifşa edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2016 09:46 Asia/Baku
  • "Merets" partiyası Ərəbistan-İsrail hərbi əməkdaşlıqlarını ifşa edib

İsrailin "Merets" partiyasının sədri Zahava Gal-On hal-hazırda Səudiyyə Ərəbistanının Təbuk şəhərində Məlik Feysəl hava bazasında fəaliyyət göstərən 122 İsrail və ABŞ hərbçisinin adlarını ifşa edib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Merets partiyasının yaydığı siyahidə olan hərbçilər ötən aprel ayında ABŞ prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanmış razılıq çərçivəsində fəaliyyət göstərirlər. 

Mertes partiyasının sədri bildirib ki, Əməliyyatın idarə edilməsi Vaşinqton və Təl-Əvivin nəzarəti altında olacaq və səudiyyəlilərə əməliyyatda iştirak icazəsi verilməyəcək. 

Zehava Gal-On səudiyyəlilərin Sənafir və Tiran adalarını İsrail ordusunun ixtiyarına verməklə razılaşdıqlarını nəzərə alaraq İsrail hərbçilərinin Təbuka göndərilmələrini tənqid edib. Zehava Gal-Onun dediyinə görə bu zabitlərin terrorizm pusqusuna göndərilməsinə ehtiyac yoxdur. 

Zehava Gal-Onun dedikləri Amerikanın "Herald Tribune" portalının ifşaçılıqları ilə üst-üstə düşür. Həmin portal bildirmişdi ki, Qırmızı dənizdə müştərək qüvvələrin hərbi idarəçiliyi üçün Təl-Əvivlə hərbi təlimlərdə Səudiyyə ordusu zabitləri də iştirak ediblər. Həmin portal sözü gedən zabitlərin siyahısını da təqdim etmişdir. 

Bu əməkdaşlıqlar, təqaüddə olan səudiyyəli general Ənvər Eşqinin ötən iyul ayında işğal olunmuş Fələstinə səfəri, bu səfərdə sionist rejimin XİN baş müdiri Duri Qold eləcə də İsrail rejiminin koordinatoru Yuav Mordxay və Keneset üzvləri ilə görüşü, sionist başçılarla birgə keçirilən iclaslarda iştirakından sonra ifşa edildi. İsrailin keçmiş müharibə naziri Moşe Yəlunun Almaniyanın Münhen şəhərində beynəlxalq təhlükəsizlik konfransında Səudiyyə Ərəbistanının kəşfiyyat təşkilatının keçmiş rəhbəri Türki Əl-Feysəllə əl görüşməsini də gözdən qaçırmaq olmaz. 

Səudiyyə və sionist rejimləri arasında əməkdaşlıqların ən yeni nümunəsi İsrailin hava qoşunlarının Yəmən ordusunun mövqelərinə qarşı birgə əməliyyatlarından ibarətdir. Amerikalı ekspert Gordon Duff amerikan "Veterans Today" portalında ifşa edib ki, Səudiyyə hava qoşunlarına məxsus rəngdə boyanmış bir ədəd İsrail təyyarəsi may ayında Yəmənin Səna vilayətinin Cəbəlül-Nəqm bölgəsinə bir ədəd neytronlu bomba atıb, bu əməliyyat Yəmənə qarşı hücumda Səudiyyə rejimi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.