Noy 02, 2016 19:25 Asia/Baku
  • Kamal Kılıçdaroğlu
    Kamal Kılıçdaroğlu

Cümhuriyyət Xalq Partiyası (CHP) başqanı Kamal Kılıçdaroğlu bu ölkə hökumətini Türkiyədə "Bəəs rejimi" yaratmaqda ittiham etdi.

İRİB-nin verdiyi məlumata görə, Kamal Kılıçdaroğlu çərşənbə günü hakim partiyanın ölkənin siyasi quruluşunu Parlament üsul idarəsindən prezident üsul idarəsinə dəyişmək üzrə cəhdini tənqid edərək, deyib: Hakim partiya siyasi quruluşu dəyişməklə hökumətin hüquqi statusunu dəyişməyə və ölkədə polis rejimi qurmağa cəhd edir. 

K.Kılıçdaroğlu əlavə edib: Prezident üsul idarəsinə keçid planı Türkiyəni parçalamağa yönəlik bir plandır və PKK-nın zindanda olan başçısı Abdulla Öcalan da ölkədə belə bir quruluşun formalaşmasına təkid edir. 

Türkiyə dövləti bir müddətdir ki, ölkədəki Parlament üsul idarəsini prezidentlik üsul idarəsinə dəyişmək istəyir. Türkiyə dövləti hazırkı üsul idarənin nöqsanlara malik olduğuna və Türkiyənin inkişafı üçün prezidentlik üsul idarəsinə ehtiyacın olduğuna inanır. 

Halbuki, müxalifətdə olan qüvvələr prezidentlik üsul idarəsinə keçidin ölkəni diktatorluğa sürükləyəcəyinə inanırlar. 

Teqlər