Noy 03, 2016 12:45 Asia/Baku
  • İŞİD terrorçuları Mosul yaxınlığında yaxalandılar
    İŞİD terrorçuları Mosul yaxınlığında yaxalandılar

İraq ordusu təhlükəsizlik qüvvələri Kökəcli kənd əhalisinin İŞİD terror qruplaşması terrorçularının bu bölgə qaçqınları ilə birlikdə qaçmaları barədə məlumatlarının köməyi ilə çoxlu sayda terrorçunu həbs ediblər.

Əl-İraqiyyə televiziyasının məlumatına görə, Kökəcli kəndi təmizləndikdən sonra hazırda İraq ordusuna bağlı terrorizmlə mübarizə orqanının qüvvələri Mosul şəhərinin əl-Kəramə şəhərinin bir neçə metrliyinə çatıblar. Bu arada Kökəcli kənd əhalisi təhlükəsizlik qüvvələrinə terrorçuların bu bölgə qaçqınları ilə birlikdə qaçmağa cəhd göstərmələri barədə məlumat veriblər. 

Terrorizmlə Mübarizə İdarəsinin komandanları deyiblər: İraq qüvvələri İŞİD terrorçularına ağır zərbələr endirib və bu qruplaşmanın bu bölgələrdəki bir çox başçısını öldürüb, onların yeraltı tunellərini məhv ediblər. Həmçinin bu bölgə sivillərinin təhlükəsiz şəkildə çıxmalarına şərait yaranıb. 

İraq ordusunun generallarından biri əl-İraqiyyə müxbirinə verdiyi müsahibədə deyib: Terrorizmlə mübarizə qüvvələri Kökəcli kəndinə daxil olduqdan sonra bu kəndi tam şəkildə terrorçulardan təmizləyiblər. Bu gün təmizləmə əməliyyyatı zamanı çoxlu sayda terrorçunu öldürdük və bir çoxunu da həbs etdik. Hal-hazırda bəzi terrorçular bu bölgənin didərgin ailələri ilə birlikdə bölgədən qaçmağa cəhd edirlər. Biz bu barədə də araşdırma aparırıq. 

İraq ordusunun digər yüksək çinli zabiti deyib: Ötən gün terrorizmlə mübarizə idarəsinin qüvvələri Kökəcli kəndini azad etdikdən sonra əl-Kəramə və əl-Zəhur şəhərciklərinin girişinə çatıblar. Bu bölgənin bir çox binası, xüsusilə də Dəhuk şəhərciyinin qaz pompası istehsalı binası təmizlənib. Hazırda qüvvələrimiz Mosul şəhərinin istənilən şəhərciyinə hücum və onu azad etməyə qadirdirlər. Belə ki, Mosul şəhərinin mərkəzinə daxil ola bilsinlər. 

İraq ordusu komandanlarından biri də iraqlı sivilərin həyatının qorunması barədə deyib: Bir çox terrorçu şəhər paltarı geyməklə və saqqallarını qırxmaqla özlərini sivil göstərməyə cəhd ediblər. Lakin əldə etdiyimiz məlumatları nəzərə alaraq onları müəyyənləşdirə və bir çoxunu həbs edə bildik. Bir qrupunu da məhv etdik. 

Teqlər