Noy 03, 2016 16:30 Asia/Baku
  • Suriyanın qərbində bir qrup terrorçu məhv edilib
    Suriyanın qərbində bir qrup terrorçu məhv edilib

Suriya ordusunun ölkənin qərbində həyata keçirdiyi əməliyyatlarda bir qrup terrorçu məhv edilib.

Suriyanın SANA informasiya agentliyinin verdiyi məlumata görə, bu gün Suriya ordusunun ölkənin qərbində Həmada Ən-Nüsrə Cəbhəsi və Əhrarüş-Şam terrorçularına qarşı əməliyyatında bir qrup terrorçu öldürülüb, bir neçəsi də qaçıb. 

Suriya ordusu həmçinin "Xanəl-Şeyx" fələstinlilərin düşərgəsinin Zakiyyə şəhərciyi ilə əlaqəsini kəsdikdən sonra bu düşərgəni tam mühasirəyə alıblar və düşərgənin ətrafında irəliləyirlər. 

Suriya ordusu və müqavimət qüvvələri Hələbin qərbində də terrorçuların bir neçə tankını və bir qrup terrorçunu məhv ediblər. 

Hələb Suriyada terrorçularla müharibənin ən əsas cəbhəsi hesab olunur və bu cəbhədə qələbə Suriyanın durumuna təsir göstərəcəkdir. Qərb, xüsusilə də Amerika, eləcə də Türkiyə və Səudiyyə Ərəbistanı Hələbdəki terrorçulara dəstək verirlər. 

 

Teqlər