Noy 03, 2016 19:43 Asia/Baku
  • Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Almaniya dövlətinin PKK və Azadlıq Partiyası kimi terrorçu təşkilatların üzvlərinə sığınacaq verilməsini dəstəkləməsini qınayaraq, Almaniyanın da bir gün terrorçu hücumlara məruz qala biləcəyi ehtimalını xatırladıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın artıq terrorçuları qəbul edən ölkəyə çevrildiyini bildirərək, məhz buna görə də bir gün Almaniyanın da terrorçu hücumların şahidi olacağı barədə xəbərdarlıq edib. 

Ərdoğan Almaniyanı Gülənçiləri Türkiyəyə təhvil verməkdən boyun qaçırdığına görə tənqid edərək deyib: Almaniya 30 ildir muxtar hökumət yaratmaq üçün savaşan PKK yaraqlıları, eləcə də "inqilabçı azadlıqsevər xalq partiyası"-nın ifratçı solçu üzvlərinə sığınacaq verir. 

Türkiyə prezidenti Ankarada prezident sarayında keçirilən mərasimdə etdiyi çıxışında deyib: "Biz Almaniyadan terrorçuları təhvil verməsini gözləmirik, amma terrorizmdə iştirak etdiyinizə görə tarix barənizdə fikir bildirəcək."

Rəcəb Tayyib Ərdoğan həmçinin deyib: "İllər boyu PKK-çılara və "azadlıq partiyası"-na sığınacaq vermiş Almaniyanın terrorçu Gülən təşkilatının arxa baxçasına çevriləcəyindən nigaranıq."

Teqlər